Azərbaycanlı futbolçu Rusiyada klubunu dəyişdi

Azərbaycanlı futbolçu Rusiyada klubunu dəyişdi

Azərbaycanlı futbolçu Rusiyada klubunu dəyişdi

Azərbaycanlı futbolçu Kamran Əliyev Rusiyanın “Ximki” klubundan ayrılıb.

Polemika.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Müqaviləsinə xitam verən 23 yaşlı hücumçu birinci divizionda çıxış edən “SKA-Xabarovsk” klubuna keçib 

Qeyd edək ki, "Ximki”nin yetirməsi olan Kamran Əliyev "qırmızı-qaralar"ın heyətində 88 oyun keçirib. O, 2019-2020 mövsümündə - komanda birinci divizionda çıxış edəndə "Ximki"nin bombardiri olub.

Kamran Əliyev 2018-ci ildə Azərbaycanın U-21 yığmasına cəlb olunub. O, həmin dövrdə milli komandamızda 2 oyuna çıxıb, 1 qol vurub.

Azərbaycanlı futbolçu Rusiyada klubunu dəyişdi