“Azərbaycanın Avrasiya İqtisadi İttifaqına qoşulmasının əleyhinə çıxmayacağıq” - Paşinyan

“Azərbaycanın Avrasiya İqtisadi İttifaqına qoşulmasının əleyhinə çıxmayacağıq” - Paşinyan

“Azərbaycanın Avrasiya İqtisadi İttifaqına qoşulmasının əleyhinə çıxmayacağıq” - Paşinyan

"Əgər regionun dinc inkişafına töhfə verəcəksə, Ermənistan Azərbaycanın Avrasiya İqtisadi İttifaqına qoşulmasının əleyhinə olmayacaq".

Polemika.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan TASS agentliyinin sualını cavablandırarkən deyib.

"Əgər görsək ki, bu addım regionun dinc inkişafı üçün era açacaq, təbii ki, buna qarşı olmayacağıq. Bir sıra məsələlər üzrə danışıqlarda yeni münaqişə mənbəyi yaratmaq məntiqsiz olardı”, - deyə Ermənistan baş naziri bildirib.

Qeyd edək ki, dekabrın 10-da Avrasiya İqtisadi İttifaqının fəxri sədri, Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev bildirib ki, Azərbaycan qurumda müşahidəçi statusu ala bilər.

“Azərbaycanın Avrasiya İqtisadi İttifaqına qoşulmasının əleyhinə çıxmayacağıq” - Paşinyan