Azərbaycanda yararsız 5,5 min kq dondurma məhv edildi - Foto

Azərbaycanda yararsız 5,5 min kq dondurma məhv edildi - Foto

Azərbaycanda yararsız 5,5 min kq dondurma məhv edildi - Foto

İstehlaka yararsız dondurma məhsulları məhv edilib.

Polemika.az xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin olunması istiqamətində nəzarət tədbirlərini davam etdirir.

“AZ FP CO LTD” MMC-nin Agentliyə müraciəti əsasında istehlaka yararsız və istifadə müddəti bitmiş 1 adda, 5513.44 kq dondurma məhsulları “Təmiz Sumqayıt-Kənan” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda AQTA əməkdaşlarının iştirakı ilə məhv edilib.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir.

Azərbaycanda yararsız 5,5 min kq dondurma məhv edildi - Foto