Azərbaycanda sürücü polisi vurub qaçdı, həbs edildi - Video

Azərbaycanda sürücü polisi vurub qaçdı, həbs edildi - Video

Azərbaycanda sürücü polisi vurub qaçdı, həbs edildi - Video

Sosial şəbəkələrdə yayılmış görüntülərin təfərrüatı məlum olub. 

Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə Göygöl rayonunda qeydə alınıb. 

Belə ki, yol polisi sürücüyə "saxla" əmri verib. Lakin sürücü əmrə tabe olmayıb, polis əməkdaşını idarə etdiyi avtomobil ilə vuraraq hadisə yerindən qaçıb. 

İnsidentdən dərhal sonra əməliyyat-axtarış tədbirlərinə başlanılıb və sürücünün şəxsiyyəti müəyyən edilib. 

Sürücü hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. 

Ona qarşı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. 

Məhkəmənin qərarı ilə sürücü barəsində həbs qətimkan tədbiri seçilib.

Azərbaycanda sürücü polisi vurub qaçdı, həbs edildi - Video