Azərbaycanda koronavirusla bağlı son vəziyyət: 26 nəfər öldü - Foto

Azərbaycanda koronavirusla bağlı son vəziyyət:

Azərbaycanda koronavirusla bağlı son vəziyyət: 26 nəfər öldü - Foto

Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 2132 yeni yoluxma faktı qeydə alınıb, 1757 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Polemika.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 26 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 526 920 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 490 789 nəfər müalicə olunaraq sağalıb, 7 021 nəfər vəfat edib. 29 110 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 753, bu günə qədər isə ümumilikdə 5 169 788 icra olunub.

Azərbaycanda koronavirusla bağlı son vəziyyət: 26 nəfər öldü - Foto