Xaricdən gətirilən avtomobillər üçün gömrük ödənişləri artırılıb? - RƏSMİ AÇIQLAMA

Xaricdən gətirilən avtomobillər üçün gömrük ödənişləri artırılıb?

Xaricdən gətirilən avtomobillər üçün gömrük ödənişləri artırılıb? - RƏSMİ AÇIQLAMA

“Gömrük ödənişlərində hər hansı artım yoxdur”.

Polemika.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Natiq Axundov məlumat verib. 

O bildirib ki, bəzi sosial şəbəkə istifadəçiləri xaricdən gətirilən avtomobillərin və mobil telefonların qeydiyyatı zamanı tələb olunan dövlət rüsumunun artımını gömrük ödənişlərinin artırılması kimi qələmə verir:

“Dövlət Gömrük Komitəsi bildirir ki, gömrük ödənişlərində hər hansı artım yoxdur və qeyd olunan məsələ gömrük orqanlarının fəaliyyət sahəsinə aid deyil”.

Xaricdən gətirilən avtomobillər üçün gömrük ödənişləri artırılıb? - RƏSMİ AÇIQLAMA