Azərbaycanda kişi narkotik çəkib qızı öldürmək istədi

Azərbaycanda kişi narkotik çəkib qızı öldürmək istədi

Azərbaycanda kişi narkotik çəkib qızı öldürmək istədi

DİN-in “102-Zəng Mərkəzinə” müraciət edən Sumqayıt şəhər sakini S.Seyidova martın 12-də ögey bacısı R.Cəfərovanın Əmrah adlı şəxslə birlikdə Quba şəhərində olmalarını, Əmrahın özünü və qızı öldürmək istəməsini bildirib. 

Daxili İşlər Nazirliyindən (DİN) Polemika.az-a verilən məlumata görə, dərhal Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib, Sumqayıt şəhər sakinləri Ə.Ağazadə və R.Cəfərovanın olduqları yer müəyyən edilib, saxlanılaraq Polis Şöbəsinə gətiriliblər.

Polis əməkdaşları tərəfindən onların narkotik vasitənin təsiri altında olmaları müəyyən olunub və barələrində İnzibat Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati protokol tərtib edilib.

Quba rayon məhkəməsinin qərarı ilə Ə.Ağazadə 20 gün müddətində inzibati qaydada həbs olunub, R.Cəfərova isə 400 manat məbləğdə cərimələnib.

Azərbaycanda kişi narkotik çəkib qızı öldürmək istədi