Azərbaycanda iyrənc cinayət: 17 yaşlı qız 62 yaşlı qonşusu tərəfindən zorlandı 

Azərbaycanda iyrənc cinayət: 17 yaşlı qız 62 yaşlı qonşusu tərəfindən zorlandı 

Azərbaycanda iyrənc cinayət: 17 yaşlı qız 62 yaşlı qonşusu tərəfindən zorlandı 

Gəncə şəhərində zorlanaraq hamilə qalan sağlamlıq imkanları məhdud qız övladının dünyaya gəlməsini istəmir. 

Bu barədə Oxu.Az-a zərərçəkmiş 17 yaşlı R.A. bildirib. Onun sözlərinə görə, hadisə ötən ilin avqust ayının əvvəlində anası ilə bacısı göz həkimində olarkən baş verib:

“Mən də evdə tək idim. Küçəyə su almağa çıxmışdım. Qayıdanda qonşu, 62 yaşlı Rəşidin məni izlədiyini hiss etdim. Evə çatanda o, ardımca girdi, qolumdan tutub, döydü və zorladı”.

Qız deyir ki, o, hamilə olduğunu aylar sonra bilib: “Həkim mənə və anama öd kisəmdə problem olduğunu dedi. Yanvar ayında hamilə olduğumu bildik və polisə məlumat verdik. Gəncədəki ekspertizadan sonra yeni rəyin alınması üçün Bakıdakı həkimlərə müraciət olundu. Amma ekspertizanın rəyi hələ də, gəlməyib. Artıq yeddi aylıq hamiləyəm və uşağı istəmirəm. Hamiləliyin sonlandırılması üçün həkimlərə verəcək pulumuz yoxdur”.

Qeyd edək ki, ailə acınacaqlı vəziyyətdə yaşamasını əks etdirən görüntüləri də təqdim edib.

Baş Prokurorluq qonşusu tərəfindən zorlanan qız barədə açıqlama verib.  Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, qeyd edilən faktla bağlı Gəncə Şəhər Prokurorluğunda cinayət işi açılıb, istintaq aparılır.

 

Azərbaycanda iyrənc cinayət: 17 yaşlı qız 62 yaşlı qonşusu tərəfindən zorlandı