Azərbaycanda alim vəfat etdi - Foto

Azərbaycanda alim vəfat etdi - Foto

Azərbaycanda alim vəfat etdi - Foto

Yanvarın 1-də pedaqoq və metodist, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Mədinə Qiyasbəyli dünyasını dəyişib.

Polemika.az xəbər verir ki, bu barədə Bakı Slavyan Universiteti məlumat yayıb.

Bildirilib ki, Mədinə Qiyasbəyli uzun sürən xəstəlikdən sonra vəfat edib.

Qeyd edək ki, Mədinə Qiyasbəyli 1948-ci il mayın 6-da Bakı şəhərində anadan olub. Mədinə Qiyasbəyli xarici dil kimi rus dili üzrə tədris vəsaitləri komplektlərinin hazırlanmasına ciddi töhfələr verən metodist-alim olub.

Uzun illər çalışdığı BSU-nun Rus dili və onun tədrisi metodikası kafedrasında, Heydər Əliyev adına Müasir Təhsil Kompleksində həmkarları ilə birgə hazırladığı dərslik komplektləri yerli və əcnəbi təhsilalanlar üçün əvəzolunmaz tədris resursları idi.

Azərbaycanda alim vəfat etdi - Foto