Azərbaycanda ailə məhkəmələrinin yaradılması barədə təklif - Dövlət Komitəsindən cavab

Azərbaycanda ailə məhkəmələrinin yaradılması barədə təklif

Azərbaycanda ailə məhkəmələrinin yaradılması barədə təklif - Dövlət Komitəsindən cavab

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Azərbaycanda ailə məhkəmələrinin yaradılması barədə təkliflərə münasibət bildirib.

Dövlət Komitəsinin sədri APA-ya açıqlamasında deyib ki, bu funksiyanı yeni yaradılmış mediasiya orqanları yerinə yetirməyə çalışacaqlar.

B. Muradova bu sahədə müxtəlif ölkələrin müxtəlif təcrübələrin olduğunu qeyd edib:

“Azərbaycanda bu məsələlərlə məşğul olan hakimlər korpusu da var. Ailə məsələləri ilə bağlı işlərə konkret hakimlər baxır. İstənilən halda bu məsələlərə sistemli yanaşmaya ehtiyac var. Ailə psixoloqu institutu da formalaşmalıdır, bu, çox vacibdir.

Bu cür hadisələrin baş verməsinin əksəriyyətinin səbəbi məhz həmin sahədə olan çatışmazlıqla bağlıdır. O cümlədən məktəb psixoloqu institutuna da geniş çərçivədə yanaşılmalıdır. Sahə mütəxəssisləri yetişdirilməlidir”.

Azərbaycanda ailə məhkəmələrinin yaradılması barədə təklif - Dövlət Komitəsindən cavab