Azərbaycanda 83 yaşlı kişini avtomobil vuraraq öldürdü

Azərbaycanda 83 yaşlı kişini avtomobil vuraraq öldürdü

Azərbaycanda 83 yaşlı kişini avtomobil vuraraq öldürdü

Qəbələ rayonunda piyadanın avtomobil vuraraq öldürüb.

Polemika.az-ın məlumatına görə, hadisə rayonun Soltannuxa kəndi ərazisində baş verib.

Belə ki, Ağdaş rayon sakini, 1998-ci il təvəllüdlü Yusif Yusifli idarə etdiyi "VAZ-2106" markalı avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən Soltannuxa kənd sakini 1938-ci il təvəllüdlü İsmayıl Soltanovu vurub. 83 yaşlı İ. Soltanov Qəbələ Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır./Reportt

Azərbaycanda 83 yaşlı kişini avtomobil vuraraq öldürdü