Azərbaycanda 65 yaşlı qadın faciəli şəkildə öldü

Azərbaycanda 65 yaşlı qadın faciəli şəkildə öldü

Azərbaycanda 65 yaşlı qadın faciəli şəkildə öldü

Xaçmazda bədbəxt hadisə baş verib. Yaşlı qadın su çəninə düşərək ölüb.

Polemika.az xəbər verir ki, hadisə rayonun Yeni Həyat qəsəbəsində baş verib.

Qəsəbə sakini, 1956-cı il təvəllüdlü Sevinc Nəriman qızı Orucova yaşadığı evin həyətində 5 tonluq su çənini doldurarkən çənin içərisinə düşüb və boğulub.

S.Orucovanın meyiti Məhkəmə Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.

Hadisə ilə bağlı araşdırma aparılır.

 

Azərbaycanda 65 yaşlı qadın faciəli şəkildə öldü