Azərbaycanda 55 yaşlı kişi itkin düşdü - Foto

Azərbaycanda 55 yaşlı kişi itkin düşdü

Azərbaycanda 55 yaşlı kişi itkin düşdü - Foto

Şabran rayon sakini, 1966-cı  il təvəllüdlü Gülağa Əskərov  oktyabr   ayının 20-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba  regional qrupundan Polemika.az-a verilən məlumata görə, G.Əskərov 155  sm boylu, arıq bədən quruluşlu və psixi qüsurludur.

Evdən çıxarkən onun əynində qara köynək, qara şalvar olub.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə,  həmçinin (050) 403-10-43 və (070) 233-27-23 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

 

 

Azərbaycanda 55 yaşlı kişi itkin düşdü - Foto