Azərbaycanda 160 mindən çox uşağa aliment ödənilir

Azərbaycanda 160 mindən çox uşağa aliment ödənilir

Azərbaycanda 160 mindən çox uşağa aliment ödənilir

“İcra xidmətinin icratında icra sənədləri kifayət qədər çoxdur. Bunların da əksəriyyətini aliment tələbinə dair icra sənədləri təşkil edir. Aliment tələbinə dair icra sənədi ilə bağlı statistik məlumat versək, deyə bilərik ki, icra xidmətinin icrasında 700 mindən çox icra sənədi varsa, bunun 100 mindən çoxu aliment tələbinə dair sənədlərdir və bunların sayı ilbəil artmaqdadır”. 

Bunu Polemika.az-a açıqlamasında İcra Baş İdarəsinin Analatik-nəzarət şöbəsinin aparıcı məsləhətçisi Kəmalə Əhmədova bildirib.

Onun sözlərinə aliment işlərində uşaqların sayı, yəni xeyrinə aliment ödənilən uşaqların sayı 160 mindən çoxdur.

“2009 -cu ilin statistikasına nəzər salsaq, 25 mindən çox aliment tələbinə dair icra sənədi var idisə, artıq son 12 ildə 4 dəfəyə qədər say artımı müşahidə olunub. Bu da icraatda aliment tələbinə dair 99 mindən çox icra sənədinin olduğu deməkdir”- deyə, K.Əhmədova bildirib.

Kəmalə Əhmədova bildirib ki, hər icra məmuruna alimentlə bağlı düşən icra sənədinin sayı 200-500 arasında dəyişir.

Onun sözlərinə görə, son bir il yarım ərzində bu yük artımı çox olsa da, hardasa 130 milyon manatdan çox aliment ödənişi həyata keçirilib. 

Azərbaycanda 160 mindən çox uşağa aliment ödənilir