Azərbaycan və Ermənistan ziyalıları Moskvada nədən danışıblar? 

Azərbaycan və Ermənistan ziyalıları Moskvada nədən danışıblar? 

Azərbaycan və Ermənistan ziyalıları Moskvada nədən danışıblar? 

Bu günlərdə Azərbaycan və Ermənistandan olan bir qrup ziyalı Moskvada Rusiyanın vasitəçiliyi ilə görüşüb.

Xezerxeber.az xəbər verir ki, görüşdə Azərbaycanı Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla, kinorejissor Ayaz Salayev və Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova iştirak ediblər.

Görüşdə iştirak edən Ayaz Salayev bildirib ki, sözügedən təmas tanışlıq məqsədi daşıyıb. Yəni ziyalılar müharibədən sonra bir-birlərinə olan münasibəti daha yaxından izləmək və aydınlaşdırmaq istəyiblər. Onun sözlərinə görə, sözügedən görüş ziyalıların timsalında Ermənistanda olan ab-havanı hiss etmək, erməni xalqının vəziyyətini öyrənmək baxımından vacibdir.

Ayaz Salayev bildirib ki, görüş zamanı erməni ziyalıların yumşaq ritorikası diqqət çəkib. Bu isə başadüşüləndir. Çünki 44 günlük müharibədən Azərbaycan xalqı qalib, onlar isə məğlub kimi çıxıblar. Müharibədən sonra ziyalıların ilk görüşününün sərin atmosferdə keçdiyini deyən Ayaz Salayev növbəti görüş üçün konkret danışıqların aparılmadığını söyləyib.

O əlavə edib ki, görüşdə azərbaycanlı ziyalılar mina xəritələrinin qeyri-dəqiqliyini, bu səbəbdən də azad edilmiş ərazilərdə real təhlükənin olmasını diqqətə çatdırıblar. Ermənilər isə saxlanan hərbçilərin geri qaytarılması ilə bağlı düşüncələrini ifadə ediblər.

 

Azərbaycan və Ermənistan ziyalıları Moskvada nədən danışıblar?