Azərbaycan sərt karantinə gedir? - Səhiyyə nazirindən mühüm açıqlama

Azərbaycan sərt karantinə gedir? - Səhiyyə nazirindən mühüm açıqlama

Azərbaycan sərt karantinə gedir? - Səhiyyə nazirindən mühüm açıqlama

"Hazırda Omicronla bağlı məhdudlaşdırıcı addımların atılmasına zərurət yoxdur".

Polemika.az xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev brifinqdə deyib.

Nazirin sözlərinə görə, hər hansı qərar, xüsusi karantin rejiminin sərtləşdirilməsi, yoluxanların sayı, hospitalizasiya dinamikasına əsaslanır:

"Hazırda ümumi çarpayı fondunun yalnız 20 faizi, reanimasiya fondunun isə 10 faizi istifadədir. "Omicron"a yoluxanlar xəstəliyi yüngül keçirir. Vaksinasiya olunmayanlarda Omicron fəsadlar törədə bilir və bir neçə insan artıq reanimasiyaya yerləşdirilib".

T.Musayev bildirib ki 15 fevraldan etibarən iki doza vaksin almış vətəndaşlar arasında ikincisi dozanın üstündən 6 ay keçmiş şəxslərin sertifikatı etibarsız olacaq:

"Hər kəsi vaksinasiyaya qoşularaq COVID-19-un yayılmasının qarşısının almağa dəvət edirəm. Azərbaycanda 5 milyon insan 2 doza, 2 milyondan çox şəxs isə buster doza qəbul edib". 

Azərbaycan sərt karantinə gedir? - Səhiyyə nazirindən mühüm açıqlama