Azərbaycan dilindən sınaq imtahanı yeni modelə uyğun keçiriləcək

Azərbaycan dilindən sınaq imtahanı yeni modelə uyğun keçiriləcək

Azərbaycan dilindən sınaq imtahanı yeni modelə uyğun keçiriləcək

DİM 2021-ci il dekabrın 26-da Azərbaycan dili fənnindən yeni modelə uyğun sınaq imtahanı keçirəcək.

Polemika.az xəbər verir ki, sınaq imtahanı 2020-ci ildə tətbiq edilməsi nəzərdə tutulan və ictimaiyyətə elan edilən, lakin pandemiyaya görə həyata keçirilməsi təxirə salınan imtahan modelinə uyğun keçiriləcək.

Burada abituriyentlərin dinləyib-anlama qabiliyyətləri də yoxlanılacaq. Həmçinin yazılı şəkildə cavablandırılması tələb olunan 3 tapşırıqdan istifadə olunacaq.

Qeyd edək ki, sınaq imtahanında iştirak etmək üçün qeydiyyat 16 dekabr saat 23:59-dək davam edəcək.

Nəzrin Vahid 

Azərbaycan dilindən sınaq imtahanı yeni modelə uyğun keçiriləcək