"Azərbaycan diasporu Ukraynadan təxliyə olunası deyil” - Diaspor rəhbəri

"Azərbaycan diasporu Ukraynadan təxliyə olunası deyil”

"Azərbaycan diasporu Ukraynadan təxliyə olunası deyil” - Diaspor rəhbəri

“Ukrayna xalqı müharibə başlasa belə, öz torpaqlarını qoyub qaçası deyil. Hər bir halda böyük əksəriyyəti Ukrayna vətəndaşı olman Azərbaycan diasporu da bu torpaqlarda yaşayır, o da təxliyə olunası deyil”.

Bu sözləri Polemika.az-a açıqlamasında Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) sədri, hüquq elmləri doktoru Hikmət Cavadov deyib.

O, Ukrayna böhranı çərçivəsində bu ölkədə yaşayan azərbaycanlıların durumu haqqında məlumat verib:

“Əsas fikri ona yönəltmək lazımdır ki, Azərbaycan diasporunun nümayəndələri hansısa səfriliklərin, konsulluqların iş rübləri ilə müqayisə olunacaq statusda deyil. Bura, Ukrayna Azərbaycan diasporu nümayəndələrinin vətəni sayılır. Yəni buna "ikinci vətən"dir, bu insanlar öz ailələri ilə Ukraynada yaşayırlar.

O ki qaldı sırf təhlükəsizlik məsələsinə, əlbəttə, dövlətin bu məsələlərlə bağlı atdığı addımlar var və soydaşlarımızı onlara uyğun məlumatlandıracağıq. 500 minə yaxın azərbaycanlı yaşayır burada və Azərbaycan diasporu da hər zaman onunla fərqlənib ki, Ukraynanın problemi olanda kütləvi şəkildə Ukraynanı tərk etməyib. Ukrayna, buradakı azərbaycanlıların vətənidir”.

H. Cavadov əlavə edib:

“Ukrayna uğrunda həlak olan azərbaycanlılar var. Xatırlayırsınızsa, bir ay bundan öncə Xarkovda şəhidimiz oldu. 

Sözün düzü, bu məsələlərdə, artıq hər gün hansısa şayiələr, təlaş yaratmaq üçün Ukrayna ictimaiyyətinə kiberhücumlar olur. Bu barədə prezident Volodimir Zelenski də danışıb. İndi dövr dəyişib, XXI əsrdə müharibənin bir hissəsini kiberhücumlar təşkil edir. 

Fevralın 12-də Ukrayna Azərbaycanlıları Radasının II qurultayını keçirdik və orada bu məsələləri müzakirəyə çıxardıq. Bu məsələləri qeyri-rəsmi müzakirə etdik”.

Rafi MÜSLÜMOV

"Azərbaycan diasporu Ukraynadan təxliyə olunası deyil” - Diaspor rəhbəri