AZAL-ın təyyarəsi güclü duman səbəbindən Heydər Əliyev Beynəlxalq Aeroportuna qayıtdı

AZAL-ın təyyarəsi güclü duman səbəbindən Heydər Əliyev Beynəlxalq Aeroportuna qayıtdı

AZAL-ın təyyarəsi güclü duman səbəbindən Heydər Əliyev Beynəlxalq Aeroportuna qayıtdı

Əlverişsiz hava şəraiti (güclü duman) səbəbindən, AZAL-ın J2-2251 nömrəli Bakı-Naxçıvan reysini yerinə yetirən hava gəmisinin kapitanı uçuş hava limanına qayıtmağa qərar verib.

Polemika.az xəbər verir ki, bu barədə AZAL məlumat yayıb.

Təyyarə saat 21:37-də Heydər Əliyev Beynəlxalq Aeroportunda eniş edib. Hava şəraiti yaxşılaşdıqdan sonra sərnişinlər Naxçıvana yola düşəcəklər.

Qeyd edək ki, bu gün Naxçıvanı bürüyən güclü duman AZAL-ın bu istiqamətdə həyata keçirdiyi reyslərinin gecikməsinə səbəb olub.

AZAL-ın təyyarəsi güclü duman səbəbindən Heydər Əliyev Beynəlxalq Aeroportuna qayıtdı