Antalya görüşündə bu məsələlər masada olacaq - Zülfüqarov detalları açdı

Antalya görüşündə bu məsələlər masada olacaq - Zülfüqarov detalları açdı

Antalya görüşündə bu məsələlər masada olacaq - Zülfüqarov detalları açdı

Polemika.az Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarovla müsahibəni təqdim edir:

- Tofiq müəllim, Antalyada Azərbaycan, Türkiyə və Ermənistan nümayəndələri arasında görüşün olacağı gözlənilir. İlk dəfə bu formada keçiriləcək görüşün perspektivi haqqında nə demək olar?

- Elə təəssürat yarana bilməz ki, bir görüşdən nə isə nəticə olsun. Hansısa qısa diplomatik təmaslarla kiminsə, mövqeyinin tam dəyişəcəyinə də ümid etmək olmaz. Bu sözsüz ki, uzun bir prosesdir. Ona görə də, hər bir bu cür görüşlərdə hansısa fikir mübadiləsi aparılır və mövqelərin dəyişməsinə əsaslar yaranır. Bu da normal diplomatik bir təsirdir. Türkiyə və Azərbaycan tərəfindən də Ermənistana bu istiqamətdə təsir edilir.

- Sizcə, indiki halda tərəflər prosesin hansı hissəsindədir?

- Biz hələ ki, prosesin əvvəlindəyik. Nəticə nə olacaqsa, ona fikir vermək lazımdır. Amma ümumilikdə bur cür fəaliyyətdən də imtina etmək olmaz.

- Sərhədlərlə bağlı yaradılmalı olan komissiyaların formalaşması məsələləri hansı səviyyədə qalıb?

- Azərbaycan tərəfi bu məsələlərə razılıq verərkən təbii ki, ciddi şəkildə də mövqelərin dəyişməsini gözləyirdi. Amma Ermənistan tərəfi bu məsələdə tərəddüd edir. Amma bunlar texniki məsələlərdir. Biz istəyirik ki, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü məsələsində Ermənistan öz mövqeyini dəyişsin. Ona görə də, bu da tək sərhəd deyil, bir çox məsələlərə aid olan haldır. Bunu tək sərhəd məsələsi ilə bağlamaq düzgün olmaz. Çünki sərhədlərin müəyyənləşməsi texniki bir prosesdir. Əsas məsələ ondan ibarətdir ki, Ermənistanın 30 illik işğal siyasətindən əl çəkib-çəkməməsi məsələsi gündəmdədir. Bununla bağlı müşahidə edilən hal odur ki, erməni tərəfi delimitasiya və demarkasiya prosesinə hazır olduğunu bəyan edir. Amma Paşinyan yenidən Qarabağdakı separatçılara aid hansısa proqramları qəbul etdiyini açıqlayır. Bütün bunlar bir-birinə zidd olan hallardır.

- Şuşa Bəyannaməsinin parlamentdə ratifikasiyası gözlənilir. Bu sənədin tarixi, strateji əhəmiyyətini necə qiymətləndirirsiniz?

- Şuşa Bəyannaməsi beynəlxalq sənədlər kateqoriyasında geniş və əhatəli bir sənəddir. Burada əldə edilən razılıqların əksəriyyəti digər sənədlərlə də öz əksini tapıb. Yəni bu elə bir sənəddir ki, bundan öncə əldə olunmuş razılaşmaları, sazişləri özündə cəmləşdirir. Ümumi şəkildə Azərbaycan və Türkiyə arasında olan əməkdaşlıq, müttəfiqlik münasibətləri barəsində ümumi bir sənəd kimi öz əksini tapıb.

- Türkiyə prezidentinin dəvəti ilə Vladimir Putinin Ankaraya gözlənilən səfərinin Rusiya-Ukrayna gərginliyinin azaldılmasına təsiri nə dərəcədə mümkündür?

- Azərbaycan və Türkiyə rəhbərliyinin fəaliyyəti vasitəçilik yox, daha çox xoşməramlı missiyaya xidmət edir. Hansısa məlumatları və mövqeləri çatdırmaq, görüşlər üçün imkan yaratmaq kimi məsələlər müzakirə edilir. Bu istiqamətdə bir sıra addımlar atılıb. Sonuncu addım o idi ki, Türkiyə prezidenti Vladimir Putini Ankaraya dəvət edib. Digər faktorların da burada öz əhəmiyyəti var. Bu da ümumi proseslərdən asılıdır. Türkiyə Rusiya münasibətlərindən kənar daha çox böhranla bağlı mövzular gündəmdə olacaq. Bu görüşün ehtiyac yaranan kimi olacağı gözləniləndir. Çünki Rusiya və Ukrayna Türkiyəni bir dost dövlət kimi qəbul edir. Bu baxımdan da Ankarada görüşün baş verməsi məntiqlidir.Teleqraf

Antalya görüşündə bu məsələlər masada olacaq - Zülfüqarov detalları açdı