Ankara-İrəvan əlaqələri hökumət iclasında müzakirəyə çıxarılacaq

Ankara-İrəvan əlaqələri hökumət iclasında müzakirəyə çıxarılacaq

Ankara-İrəvan əlaqələri hökumət iclasında müzakirəyə çıxarılacaq

Türkiyə hökumətinin fevralın 16-da keçiriləcək iclasında Ermənistanla münasibətlərin normallaşdırılması məsələsinə də toxunulacaq.
Polemika.az “Hürriyet”ə istinadla xəbər verir ki, Türkiyə iqtisadiyyatında baş verən proseslər, xüsusilə yüksək inflyasiya, Rusiya-Ukrayna münasibətlərindəki gərginlik və Türkiyənin bu istiqamətdə atdığı addımlar, Rusiya prezidenti Putinin Türkiyəyə səfərinə hazırlıq işləri, İsrail prezidentinin gözlənilən səfəri, Birləşmiş Ərəb Əmirlikləri ilə əlaqələr və Ermənistanla münasibətlərin normallaşdırılması məsələsi müzakirə olunacaq.

Görüşün sonunda Türkiyə prezidenti ölkə vətəndaşlarına mesajla müraciət etmək niyyətindədir.

Ankara-İrəvan əlaqələri hökumət iclasında müzakirəyə çıxarılacaq