Amnistiya aktı ilə azadlığa buraxılan şəxslərin sayı açıqlandı

Amnistiya aktı ilə azadlığa buraxılan şəxslərin sayı açıqlandı

Amnistiya aktı ilə azadlığa buraxılan şəxslərin sayı açıqlandı

"Ötən müddətdə amnistiyaya düşən məhkumlardan artıq 2600-dan çoxu penitensiar müəssisələrdən azadlığa buraxılıb".

Polemika.az xəbər verir ki, bu sözlər ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə keçirilən kollegiya iclasında bildirilib.

Qeyd olunub ki, 950-dək şəxsin cəza müddəti azaldılıb, probasiya xidməti üzrə isə 4600-dən çox şəxs müxtəlif cəzalardan azad edilib, 182 şəxsin isə cəzası azaldılıb.

Hazırda amnistiya qərarının icrası davam edir.

Qeyd edək ki, Milli Məclisin noyabrın 5-də keçirilən iclasında 8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında qərar qəbul edilib. Amnistiya Aktı Prezident İlham Əliyevin təşəbbüsü ilə qəbul olunub.

Noyabrın 5-də qüvvəyə minən Amnistiya Aktının icrası dörd ay müddətində təmin edilməlidir.

Amnistiya aktı ilə azadlığa buraxılan şəxslərin sayı açıqlandı