AMEA-da Ramiz Mehdiyev xofu

AMEA-da Ramiz Mehdiyev xofu

AMEA-da Ramiz Mehdiyev xofu

AMEA Tarix İnstitutunun baş direktoru, tarix elmləri doktoru, professor Kərim Şükürov Ramiz Mehdiyevi istefaya çağırıb.

O, APA-ya açıqlamasında bildirib ki, Ramiz Mehdiyevin rəhbərliyi ilə akademiyanın inkişafına dair təqdim edilən proqram dünya elminin daha intensiv inkişaf etdiyi müasir dövrdə onun tələblərini nəzərə almaq əvəzinə, elmətrafı məsələlərə həsr edilib:

K. Şükürov qeyd edib ki, Ramiz Mehdiyev pandemiya şəraitinin tələblərinə uyğun olaraq akademiyanın səmərəli fəaliyyətini təşkil edə bilmədi, vəziyyətdən sui-istifadə edərək şəxsi hakimiyyətini möhkəmləndirməyə çalışdı: “Ən yolverilməz məsələ isə akademiya prezidentinin şəxsi keyfiyyətlərinin ictimaiyyət arasında ciddi tənqid hədəfinə çevrilməsidir. Ramiz Mehdiyev Azərbaycan elminin liderindən daha çox, onun əngəlinə çevrilib. Bütün bunlar göstərir ki, Ramiz Mehdiyevin AMEA-nın prezidenti vəzifəsində qalmasına dair inam boşa çıxıb. Ən doğru yol onun rəhbərlik etdiyi akademiya sisteminin böhranının daha da dərinləşməsinə yol verməməsi, tutduğu vəzifəni tərk etməsidir”.

Cebhe.info AMEA-nın institut rəhbərlərinin bununla bağlı fikirlərini öyrənməyə çalışıb.

Nəsimi adına Dilçilik İnstitutunun direktoru, filologiya üzrə fəlsəfə doktoru Baba Məhərrəmli mövzu ilə bağlı danışmaq istəmədiyini bildirib. O, "Ora başqa institutdur, biz başqa. Məsələnin bizim instituta aidiyyəti yoxdur. Üzrlü sayın, mənim bu mövzu ilə bağlı heç bir fikrim yoxdur", - deyə bildirib.

Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun icraçı direktoru, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov isə bu işlərə qarışmadığını deyib: "Mən bu işlərə qarışmıram".

AMEA-nın müxbir üzvü, Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru Misir Mərdanovun səsi telefonda əvvəlcə çətin duyulsa da, təkrar zəngə cavab verilməyib.

Fizika İnstitunun baş direktoru, akademik Arif Həşimov da mövzudan telefon zəngini əsas gətirərək yayınıb və digər şəxslərlə danışmağı məsləhət görüb.

 

AMEA-da Ramiz Mehdiyev xofu