“Ali məktəblərə yeni ixtisaslar gətirilməlidir” - Təhsil naziri  

“Ali məktəblərə yeni ixtisaslar gətirilməlidir” - Təhsil naziri  

“Ali məktəblərə yeni ixtisaslar gətirilməlidir” - Təhsil naziri  

“Ali təhsil müəssisələrində yeni ixtisaslar, bakalavr pilləsinə yeni bacarıq sahələri gətirilməlidir. Hər il peşə sahəsi üzrə yeni bir ixtisasların olmasını doğru hesab etmirəm. Hər peşə üzrə ixtisasın olmasının tərəfdarı deyiləm”.  

Polemika.az xəbər verir ki, bu fikirləri təhsil naziri Emin Əmrullayev UNEC İqtisadi Forumu çərçivəsində "Post-pandemiya dövründə elm və təhsil" mövzusunda keçirilən paneldə çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, öyrənmədə zəruri şərt keyfiyyətin qiymətləndirilməsinin olmasıdır: "İtirilmiş öyrənmə məsələsinə gəldikdə isə, bu, daha çox itirilmiş inkişafdır. İtirilmiş öyrənmə yalnız bilik və bacarıq deyil. Ən önəmli məsələ odur ki, pandemiya dövründə qapalı və ev şəraitində qalmaq təhsilalanların öyrənmə bacarığına mənfi təsir edə bilər. Ona görə də şagirdlərin canlı ünsiyyətə sövq edilməsi labüddür”.

Naziri ali təhsil pilləsində ixtisasların azaldılıb-azaldılmayacağına münasibət bildirib.

O deyib ki, hər peşə üzrə ixtisasın olmasının tərəfdarı deyil: “Get-gedə bacarıq hamıya lazım olacaq, bu, hər bir mütəxəssisə lazımdır. Bir ixtisas da həyat boyunca olmayacaq, kimsə istəsə, dəyişə biləcək”.

Nəzrin Vahid

“Ali məktəblərə yeni ixtisaslar gətirilməlidir” - Təhsil naziri