Ağsuda avtomobil aşdı, 3 nəfər yaralandı

Ağsuda avtomobil aşdı, 3 nəfər yaralandı

Ağsuda avtomobil aşdı, 3 nəfər yaralandı

Ağsuda avtomobil aşıb, 3 nəfər xəsarət alıb.

Polemika.az xəbər verir ki, hadisə rayonun Padar Qışlaq kəndində qeydə alınıb.

Belə ki, 52 yaşlı sürücü Mustafayev Səfər Ağasəfər oğlu "VAZ-2106" markalı avtomobillə kənd ərazisində hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Hadisə zamanı sürücü və onun sərnişinləri - Padar Qışlaq kənd sakinləri 68 yaşlı Babakişiyev Qardaşalı Qardaşxan oğlu və 38 yaşlı Mustafayeva Günel Eyvaz qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. 

Yaralılar dərhal təcili tibbi yardım maşını ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

İlkin məlumata görə, hadisəyə yolun qatı dumanlı və sürüşkən olması səbəb olub. (Report)

Faktla bağlı araşdırma aparılır. 

Ağsuda avtomobil aşdı, 3 nəfər yaralandı