Ağamirzə iddialara cavab verdi: "Mənliyimə and oslun ki..." - Video

Ağamirzə iddialara cavab verdi: "Mənliyimə and oslun ki..."

Ağamirzə iddialara cavab verdi: "Mənliyimə and oslun ki..." - Video

Meyxanaçı Ağamirzə Məmmədov həmkarı Ağakərimlə bağlı iddialara cavab verib.

Polemika.az xəbər verir ki, o, ad çəkməsə də şairə Nazilə Səfərlinin Kərimə psixotrop dərmanlar verildiyi iddiasının yanlış olduğunu bildirib:

"Qarşıma bir video yazı çıxdı. Biri Kərim haqda danışır. Ona yanlış məlumat verilib. Kərimə çox gözəl baxılır. Ona ancaq həkimin yazdığı dərmanlar verilir. Bunu polislə, həkimlə öyrənmək olar. Mənliyimə and olsun ki, ailəsi Kərimə çox yaxşı baxır. Oğlu da çox yaxşı oğlandır. Nazənin xanıma gəldikdə isə, o bizə hər zaman qardaş deyib. Ola bilsin, yanlış məlumatlar verilib".

Qeyd edək ki, bir müddət əvvəl şairə Nazilə Səfərli meyxanaçının oğlunun mülklərini sata bilmək üçün atasına psixotrop dərmanlar verdiyini iddia etmişdi.

Həmin görüntüləri təqdim edirik: 

Ağamirzə iddialara cavab verdi: "Mənliyimə and oslun ki..." - Video