Abşeronda Gənclər Günü qeyd edildi

Abşeronda Gənclər Günü qeyd edildi

Abşeronda Gənclər Günü qeyd edildi

Abşeron rayonunda 2 Fevral Gənclər Günü qeyd edilib. 

İH-dən “Polemika.az”a daxil olan xəbərə görə, Xırdalan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, Yeni Azərbaycan Partiyasının sədri,  Rayon Ağsaqqallar Şurasının sədri, şəhidlərin ailə üzvləri, qazilər, Vətən Müharibəsi iştirakçıları, gənclər, rayon ictimaiyyəti iştirak edib. 

Rəsm və əl işlərindən ibarət sərgi nümayişindən sonra tədbir Mərkəzin akt zalında Azərbaycan himni ilə başlamış, vətənimizin bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.  

İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev çıxış edərək, gəncləri 2 Fevral-Gənclər Günü münasibəti ilə təbrik edərək bildirib ki, 1997-ci ildə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə ölkəmizdə Gənclər Günü təsis edilib. Bunun Ümummilli lider Heydər Əliyevin gənclərə həmişə böyük qayğı, sevgi ilə yanaşmasının bariz nümunəsi olduğunu önə çəkən Abdin Fərzəliyev qeyd edib ki, Azərbaycanda müasir gənclər siyasəti 1994-cü ildən həyata keçirilib. Həmin il Gənclər və İdman Nazirliyi təsis edilmiş və bununla da ölkəmizdə yeni gənclər siyasəti dövrü başlamışdı. 

Torpaqlarımızın azadlığı uğrunda döyüşən, 30 illik erməni işğalına son qoyan igidlərimizin Azərbaycanın müstəqilliyi dövründə yetişən, formalaşan gənclik olduğunu qeyd edən icra başçısı Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan, cənab İlham Əliyevin rəhbərliyi altında xalqımızın qələbə qazandığını və artıq qalib xalq olaraq ərazi bütövlüyümüzü tam təmin etdiyimizi bildirib. 

Daha sonra Abşeron rayon Ağsaqqallar Şurasının sədri Nadir Ağayev, Yeni Azərbaycan Partiyasının Abşeron Rayon Təşkilatının sədri Abbas Əliyev, şəhid leytenant Məmmədov Fərid Vəlhad oğlunun həyat yoldaşı Şəhla Məmmədova, şəhid kapitan Quliyev Hətəmxan Məti oğlunun həyat yoldaşı Aytac Quliyeva, şəhid kapitan Mustafayev Nurlan Hamlet oğlunun həyat yoldaşı Günay Mustafayeva, Vətən Müharibəsi Qəhrəmanı baş leytenant Qəzənfər Ağayev, III dərəcəli Vətən Müharibəsi əlili Xəqani Muradov çıxış edərək gəncləri təbrik etmiş, gənclərimizin milli vətənpərvərlik ruhunda tərbiyə olunmasının əhəmiyyətini qeyd edərək ölkəmizdə həyata keçirilən gənclər siyasətinin uğurlarından, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında əldə edilən çoxsaylı müsbət nəticələrdən danışıblar. 

Tədbirin sonunda ölkəmizin azadlığı uğrunda Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında döyüşlərə qatılan gənc qazilərə və eləcə də, rayonun ictimai-siyasi həyatında fəal iştirak edən gənclərə Fəxri Fərmanlar və qiymətli hədiyyələr təqdim edilib.

 

Abşeronda Gənclər Günü qeyd edildi