Abşeron rayonunda 8 Mart Beynəlxalq Qadınlar Günü qeyd edildi - Fotolar

Abşeron rayonunda 8 Mart Beynəlxalq Qadınlar Günü qeyd edildi - Fotolar

Abşeron rayonunda 8 Mart Beynəlxalq Qadınlar Günü qeyd edildi - Fotolar

Abşeron rayonunda şəhid analarının və həyat yoldaşlarının iştirakı ilə 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə bayram şənliyi keçirilib.

Polemika.az xəbər verir ki, Xırdalan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə Abşeron rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Aberon Rayon Təşkilatının sədri, qazilər, veteranlar və rayon ictimaiyyəti iştirak edib. İştirakçılar əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər gül çiçəkləri düzmüş, xatirəsini ehtiramla anıblar.

Azərbaycan himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin və vətənimizin bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan qadınına ictimai həyatına və fəaliyyətinə həsr olunmuş video rolik nümayiş etdirildikdən sonra çıxış edən Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev başda Azərbaycanın Birinci Vitse-prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva olmaqla şəhid analarını, həyat yoldaşlarını və respublikamızın bütün xanımlarını 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib. Azərbaycan qadınının bütün dünyaya nümunə olduğunu, onların vətənpərvərliyin təbliğatçısı olduğunu vurğulayan icra başçısı bildirib ki, analarımızın verdiyi tərbiyənin nəticəsi olaraq igidlərimiz 30 il işğal altında qalan torpaqlarımızı 44 günə azad etməyi bacarıblar. 

Daha sonra Abşeron Ağsaqqallar Şurasının sədri Nadir Ağayev, Vətən Müharibəsi Qəhrəmanı şəhid Veysəl Musibovun anası Səməngül Musibova, şəhid leytenant Fərid Məmmədovun həyat yoldaşı Şəhla Məmmədova, YAP Abşeron Rayon Təşkilatının sədri Abbas Əliyev, Vətən Müharibəsi Qəhrəmanı Qəzənfər Ağayev və şəhid mayor Elşad Həsənovun qızı Aysun Həsənli çıxış edərək Azərbaycan qadınlarını təbrik etmiş, onların tariximizdə oynadığı roldan, cəmiyyətimizin inkişafı üçün həyata keçirdikləri fəaliyyətdən söz açıblar. 

Sonda tanınmış incəsənət xadimlərinin ifasında konsert proqramı təqdim olunub. 

 

Abşeron rayonunda 8 Mart Beynəlxalq Qadınlar Günü qeyd edildi - Fotolar