ABŞ və İsrail kibercinayətkarlığa qarşı birgə mübarizəyə başlayır

ABŞ və İsrail kibercinayətkarlığa qarşı birgə mübarizəyə başlayır

ABŞ və İsrail kibercinayətkarlığa qarşı birgə mübarizəyə başlayır

ABŞ və İsrail kiberşantajçılarla mübarizədə əməkdaşlıq etmək barədə razılığa gəliblər.

Polemika.az xəbər verir ki ki, bu barədə ABŞ-ın Maliyyə Nazirliyi məlumat yayıb.

Razılıq ABŞ maliyyə nazirinin müavini Uolli Adeyemo ilə İsrailin maliyyə naziri Aviqdor Liberman və İsrailin Milli Kiberİdarəetmə üzrə baş direktoru Yiqal Unna arasında keçirilən görüşdə əldə olunub.

İki ölkə arasında əməkdaşlıq mühüm maliyyə infrastrukturunun və yeni texnologiyaların mühafizəsinə, eləcə də dövlətlər və dünya iqtisadiyyatı üçün fidyə proqramlarının yaratdığı təhlükəyə qarşı mübarizəyə yönələcək.

Bundan əvvəl, Bazar günü FTB (ABŞ Federal Təhiqat Bürosu) hakerlərin onun e-poçtunu sındırdığını etiraf edib.

Təsirə məruz qalan sistemlər bağlansa da, FTB problemin hələ də həll olunmadığını açıqlayıb.

ABŞ və İsrail kibercinayətkarlığa qarşı birgə mübarizəyə başlayır