ABŞ-ın Almaniyada ilk qadın səfiri: O kimdir?

ABŞ-ın Almaniyada ilk qadın səfiri: O kimdir?

ABŞ-ın Almaniyada ilk qadın səfiri: O kimdir?

ABŞ-ın Berlindəki səfirliyi iki ilə yaxındır ki, səfirsiz fəaliyyət göstərib. İndi vakansiyanı akademik və mənşəcə alman yəhudisi Emi Quttmann doldurur.

Polemika.az "Deutsche Welle"yə istinadla xəbər verir ki, Quttmann üçün onun ABŞ-ın Almaniyaya yeni səfiri təyin edilməsi öz köklərindən birinə qayıdışdır.

Emi Quttmanın atası Kurt Quttman Bavariyada anadan olub. Nasional sosialistlərin hakimiyyəti dövründə bu yəhudi tələbə doğma şəhərini tərk etmək məcburiyyətində qalıb, anasını, atasını, bacılarını və qardaşlarını onunla birlikdə Hindistana köçməyə razı salıb.

Kurt Quttman uzun illər Hindistanda yaşadıqdan sonra ABŞ-a mühacirət edib.

İndi ABŞ Senatı nəhayət, 72 yaşlı Eni Quttmanın ABŞ-ın Almaniyadakı yeni səfiri təyin edilməsini təsdiqləyib: 54 lehinə və 42 əleyhinə səslə. Dörd senator da səs verməkdən imtina edib.

Quttmann Almaniyaya ABŞ səfiri kimi fəaliyyət göstərəcək ilk qadındır.

Bruklində anadan olan Ami Quttmann London İqtisadiyyat Məktəbində oxuyub və 1976-cı ildə Harvard Universitetində siyasi elmlər üzrə fəlsəfə doktoru dərəcəsini qazanıb. 2004-cü ildə Pensilvaniya Universitetində dərs dedikdən sonra universitetin prezidenti seçilib və yeni vəzifəsinə qədər bu vəzifəni icra edib.

"Newsweek" jurnalı 2011-ci ildə Emi Quttmanı dünyanın 150 ən nüfuzlu qadınından biri adlandırıb. O, həmçinin 2018-ci ildə "Fortune" jurnalının “Dünyanın ən güclü 50 qadını” siyahısına daxil edilib.

 

ABŞ-ın Almaniyada ilk qadın səfiri: O kimdir?