İbrahim Rəisi: "İranın xarici siyasəti qonşularla əlaqələrin gücləndirilməsinə yönəlib"

İbrahim Rəisi: "İranın xarici siyasəti qonşularla əlaqələrin gücləndirilməsinə yönəlib"

İbrahim Rəisi: "İranın xarici siyasəti qonşularla əlaqələrin gücləndirilməsinə yönəlib"

"İranın xarici siyasəti qonşular və müttəfiqlərlə əlaqələrin gücləndirilməsinə və iqtisadi diplomatiyanın inkişafına yönəlib".

Polemika.az "Təsnim"ə istinadla xəbər verir ki, bunu İran prezidenti İbrahim Rəisi İslam İnqilabının qələbəsinin 43-cü ildönümü ilə əlaqədar bir qrup xarici ölkə səfiri ilə görüşündə deyib.

Onun sözlərinə görə, İranın dünya ölkələri, xüsusən də qonşuları ilə münasibətlərində taktiki deyil, strateji mülahizələrə əsaslanan yanaşmadır:

“Dünya ölkələri, xüsusən də qonşularımızla münasibətlərdə yanaşmamız taktiki deyil, strateji xarakter daşıyır və biz buna qəti inanırıq və ümid edirik ki, qonşularla işləmək bütün dünya ölkələrinə daha çox qarşılıqlı və ümumi maraqlar gətirəcək".

İbrahim Rəisi qeyd edib ki, İran diplomatiyada yeni yanaşma axtarışında regional və regiondankənar təhlükəsizlik və sabitliyi qorumaq və qarşılıqlı ehtiyacları ödəmək üçün ikitərəfli və ya çoxtərəfli əməkdaşlıqda yeni səhifə açmağa çalışır.

O, bu istiqamətdə atılan mühüm addımlar sırasında Çinlə 25 il müddətinə hərtərəfli strateji tərəfdaşlıq haqqında sazişin bağlanmasını, Rusiya ilə analoji paktın imzalanmasını, Şanxay Əməkdaşlıq Təşkilatı, Avrasiya İqtisadi İttifaqı və Avropa İttifaqı ilə əməkdaşlığın genişləndirilməsini qeyd edib.

 

İbrahim Rəisi: "İranın xarici siyasəti qonşularla əlaqələrin gücləndirilməsinə yönəlib"