4 mübahisəli ada: ABŞ Yaponiyanı dəstəkləyir

4 mübahisəli ada: ABŞ Yaponiyanı dəstəkləyir

4 mübahisəli ada: ABŞ Yaponiyanı dəstəkləyir

"ABŞ Cənubi Kuril adaları üzərində Yaponiyanın suverenliyini tanıyır və bu məsələdə Tokionu dəstəkləyir".

Polemika.az xəbər verir ki, bu bəyanatı  ABŞ-ın Yaponiyadakı səfiri Ram Emmanuel səsləndirib.

«Bu gün Yaponiyanın Şimal Əraziləri Gününü qeyd etdiyi vaxt mən fikrimi aydın bildirmək istəyirəm. Birləşmiş Ştatlar şimal əraziləri məsələsində Yaponiyanı dəstəklyir. 4 mübahisəli adalar üzərində Yaponiyanın suverenliyini hələ 1950-ci ildən tanıyır”, – deyə Emmanuel qeyd edib.

Eyni zamanda, o, Yaponiya və Rusiya hökumətlərinin sülh müqaviləsi bağlamaq cəhdlərini dətəklədiyini ifadə edib.

Kuril arxipelaqının cənubundakı 4 ada Yaponiya və Rusiya arasında mübahisəli ərazidir. Faktiki olaraq isə Rusiyanın Saxalin vilayətinə aiddir.

Rusiya ilə Yaponiya hələ də sülh müqaviləsi imzalamayıb.

 

4 mübahisəli ada: ABŞ Yaponiyanı dəstəkləyir