36 yaşlı qadının DRAMI: 8 qohumu koronavirusdan öldü - Fotolar

36 yaşlı qadının DRAMI: 8 qohumu koronavirusdan öldü

36 yaşlı qadının DRAMI: 8 qohumu koronavirusdan öldü - Fotolar

Türkiyədə koronavirusdan ən çox əziyyət çəkən ailə Rizənin Güneysu qəsəbəsində yaşayır. Qısa müddətdə 8 qohumunu itirən Genç ailəsinin daha bir üzvü ölümlə həyat arasında mübarizə aparır.

Polemika.az xəbər verir ki, koronavirus xəstəsi olan və hazırda süni nəfəs aparatına qoşulan Senay Genç Yalçınkayanın 36 yaşı var. O, bir uşaq anasıdır.

Talesiz qadın bir müddət əvvəl koronavirusdan atasını, sonra isə qardaşını itirib. Senayın iki xalası və daha 4 yaxın qohumu - əmisi və xalası uşaqları da virusun qurbanı olub. Həkimlər xəstənin vəziyyətini ağır qiymətləndirirlər.

Qeyd ed\k ki, Türkiyə Səhiyyə Nazirliyi Genç ailəsini nəzarətə götürüb. Ailənin 25 üzvü peyvənd olunub.

Ard-arda gələn itkilər Genç ailəsini depressiyaya salıb. Onlar növbəti qurbanların olacacağını düşünərək hazırlıqlara başlayıblar. Qəsəbə qəbiristanlığında ailəyə məxsus ərazidə 10 yeni məzar qazılıb. 

Üç qardaşını, iki baldızını, qaynını, qaynının oğlanlarını itirən 63 yaşlı Ali Genç ölkə mətbuatına verdiyi açıqlamada ailəlikcə çətin günlər yaşadıqlarını bildirib. O, Türkiyənin səhiyyə qurumlarından genlərinin araşdırılmasını tələb edib: "Vəfat edən qohumlarımızın bəziləri iki dəfə peyvənd olunmuşdu. Amma peyvəndin bizə bir xeyri olmadı. Görünür, genimizdə problem var. Genlərimmiz araşdırılmalı, başımıza gələn bu müsibətin əsl səbəbi üzə çıxarılmalıdır". 

 

36 yaşlı qadının DRAMI: 8 qohumu koronavirusdan öldü - Fotolar