21 məhkum İrana qaytarıldı

21 məhkum İrana qaytarıldı

21 məhkum İrana qaytarıldı

"21 iranlı məhbus Azərbaycan Respublikasından ölkəmizə təhvil verilib".

Polemika.az IRNA-ya istinadla xəbər verir ki, bu barədə İranın ədliyyə nazirinin insan haqları və beynəlxalq məsələlər üzrə müavini Fəttah Əhmədi məlumat yayıb.

Onun sözlərinə görə, məhkumların ekstradisiyası üzrə razılaşmaya əsasən, bu gün həmin məhkumlar Astara sərhədindən İran ərazisinə daxil olub.

Bu qadınlar əsasən narkotik və psixatrop vasitələr alqı-satqısı cinayətinə görə həbs olunanlardır.

Bundan əvvəl 9-u qadın olmaqla, 20 məhbus İrana qauytarılmışdı.

Azərbaycanın təhvil verdiyi məhkular cəzalarının qalan hissəsini İran həbsxanalarında çəkəcək.

21 məhkum İrana qaytarıldı