Əfqanıstanda DƏHŞƏTLİ PARTLAYIŞ: 9 nəfər öldü
Əfqanıstanda DƏHŞƏTLİ PARTLAYIŞ: 9 nəfər öldü
Əfqanıstanda Nanqarhar əyalətində məktəbin yaxınlığında partlayış baş verib.
Polemika.az xarici KİV-ə istinadən xəbər verir ki, baş verən partlayış nəticəsində 9 nəfər ölüb, 4 nəfər yaralanıb.
Bildirilib ki, hadisə yanvarın 10-da əyalətin Lalpur qəsəbəsində baş verib. Hadisə minaatan mərmisinin partlaması nəticəsində olub. Partlayış zamanı yaralananlar hospitala yerləşdirilib./Modern.az