Ərəb şahzadələr Baydenlə danışmaqdan imtina etdilər

Ərəb şahzadələr Baydenlə danışmaqdan imtina etdilər

Ərəb şahzadələr Baydenlə danışmaqdan imtina etdilər

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Səudiyyə Ərəbistanı liderləri ABŞ prezidenti Co Baydenlə telefon vasitəsilə danışmaqdan imtina ediblər.

Polemika.az  "The Wall Street Journal"a istinadla xəbər verir ki, ABŞ prezidenti ərəb liderləri Məhəmməd bin Salaman və Məhəməd bin Zaid ilə neft hasilatının artırılması məsələsini müzakirə etmək istəyib. Lakin telefon danışıqları ilə bağlı bəzi gözləntilər olsa da, bu, baş tutmayıb.

ABŞ nəşru qeyd edir ki, iki Körfəz ölkəsinin liderləri ABŞ prezidenti ilə əlaqə saxlamaqdan imtina etdikdən sonra Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı aparıblar.

Səudiyyə Ərəbistanının nümayəndəsi bildirib ki, ABŞ Rusiya-Ukrayna münaqişəsində vasitəçilik tələbi ilə vəliəhd şahzadəyə müraciət edib.

Ərəb şahzadələr Baydenlə danışmaqdan imtina etdilər