"Əlində silah Ukrayna xalqını qorumağa hazıram" - Hafiz Hacıyev

"Əlində silah Ukrayna xalqını qorumağa hazıram"

"Əlində silah Ukrayna xalqını qorumağa hazıram" - Hafiz Hacıyev

“Rusiya işğalçı bir dövlətdir”.

Bu sözləri Polemika.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib.

Onun sözlərinə görə, Rusiya SSRİ dövründən müstəqil dövlətlərə qarşı həmişə qərəzli mövqe sərgiləyib:

“Onlar Azərbaycanda 20 Yanvar faciəsi, Xocalı soyqırımı törətdilər. Bu gün də Qarabağa sülhməramlı adı ilə işğalçı qoşunlarını yeridiblər. Müstəqil dövlətə qarşı belə təcavüzkar siyasət dünya ictimaiyyəti tərəfindən dayandırmalıdır”.

Partiya sədrinin sözlərinə görə, Rusiya parçalanmalı, dağılmalıdır:

“Putin dünyanı barmağına dolayıb. Sən kimsən ki, müstəqil dövlətin daxili işlərinə qarışırsan. Şəxsən biz Ukraynanın yanındayıq. Heç vaxt ruslar bizə dost olmayıb. 20 Yanvarı unutmamlıyıq. Ruslar bu cür hərəkətləri dünyada nifrət yaradır. Dünya dövlətləri onun burnunu oymaqdadır. Yaxın zamanda Rusiya tamamən çökəcək. İmkan vermərik ki, müstəqil bir dövlətə təcavüz etsin. Mümkün olan məsələ deyil. Ukraynanı hərtərəfli dəstəkləməli, yanında olmalıyıq”.

H. Hacıyev qeyd edib ki, orduya qoşulub, əlində silah Ukrayna xalqını qorumağa hazırdır:

“Çünki Ukrayna dövləti həmişə Azərbaycanın yanında olub. Biz də onların yanında olmalıyıq. Türkiyə ilə Azərbaycan birləşib Ukraynaya yardım etməlidir. Ukraynaya edəcəyimiz yardım əvəzsiz qalmayacaq. Dünya bunu bizim üçün müsbət qiymətləndirəcək”.

Nəzrin Vahid

"Əlində silah Ukrayna xalqını qorumağa hazıram" - Hafiz Hacıyev