“Əl verib görüşmək yığışdırmalıdır”

“Əl verib görüşmək yığışdırmalıdır”

“Əl verib görüşmək yığışdırmalıdır”

"İnsan hər şeyə dözümlü olmalıdır, özünü qorumağı bacarmalıdır. Elə pandemiyaya da dözməlidir, virusu özünə yaxınlaşdırmamalıdır. Bir də bu əl verib görüşməkləri yığışdırmalıdırlar. Heç kimlə əllə görüşmürəm, yumruqla görüşürəm. Əlimi bağlayıb uzadıram, qarşımdakı insan da məcbur olur ki, əlini bağlayıb uzatsın. Biz belə etməklə həm dövlətimizi, həm də özümüzü qorumuş oluruq. Mən məclislərə yarım saatlıq öz repertuarımla gedirəm. O da çox az olur. Gümanım var ki, özümüzü yaxşı aparsaq koronovirusa qalib gələrik, ondan sonra toylarımız da çoxalar"

“Polemika.az” xəbər verir ki, bunu xalq artisti Aftandil İsrafilov Moderator.az-a açıqlamasında bildirib. O daha sonra sənətə yeni gələn gənclərdən danışıb.

"Bilmədiyin musiqini ifa etməyə sənin ixtiyarın yoxdur. Bilmirsənsə onu gərək bilənlərdən xahiş edib, öyrənəsən. Öyrənməyi özünüzə heç vaxt ayıb bilməyin, əksinə, bu savabdır. Bilməyib, nə ifa edirsənsə bu ayıb olar. Kənardan da baxıb tənqid edəcəklər. Gənc qarmon ifaçılarından Orxan Mirnatiqoğlunu misal çəkə bilərəm ki, həftə 7 biz 9 onunla görüşürük. Gəlib məndən məsləhət alır, müəyyən musiqilər haqda tövsiyyələrim, məsləhətlərim olur. O öyrənməyə cəhd edir, addım atır. Mənim bu sənətdə müəllimim olmayıb. Qarmon alətini də özüm tapmışam, qarmonum da məni tapıb. Allah bu aləti yaradıb ki, Aftandildə bu olmalıdır. Sənətkar var ki, istəyir onu dinləsinlər, mən amma dinləməyi xoşlayıram. Dinləyəndə səhvləri də tuta bilirəm. Mən özümü bu sənətə fəda etmişəm. Əziyyətsiz heç nə ərsəyə gəlmir" deyə xalq artisti bildirib.

“Əl verib görüşmək yığışdırmalıdır”