"Əgər dövlətə lazımlı deyiliksə, niyə belə ixtisas var?" - Etiraz

"Əgər dövlətə lazımlı deyiliksə, niyə belə ixtisas var?"

"Əgər dövlətə lazımlı deyiliksə, niyə belə ixtisas var?" - Etiraz

"Gənclərin xaricdə təhsil almalarına dair 2022-2026-cı illər üzrə Dövlət Proqramı təsdiqlənib. Mövcud ixtisaslar arasında yenə Filologiya yoxdur".

Polemika.az xəbər verir ki, bu sözləri Türkiyənin Ege Universiteti, Türk Dünyası Araştırmaları İnstitutunda Türk Dünyası Ədəbiyyatları ixtisası üzrə Magistratura təhsili alan Sayad Həsənli deyib.

 "Özümə görə demirəm, onsuz da üç ilə başa gəlsə də, nəhayət, qəbul aldım, hazırda oxuyuram, doktoranturanı da oxuyacağımı ümid edirəm, hər nə qədər bizə şərait yaradılmasa da. Amma minimum 550 balla (bizim vaxtımızda 607 idi) bu ixtisası yazan, seçən gənclərə də rəhminiz gəlsin. Niyə biz magistr təhsilini dövlət dəstəyi ilə hər hansı bir Avropa universitetində ala bilmirik, niyə əllərində IELTS (ingilis dili) sertifikatı ola-ola bu şans filoloqlara yaradılmır? Biz niyə jurnalist olaraq çalışanda 300 balla güc-bəlayla jurnalistika təhsili almış, klaviaturası ancaq "copy-paste"ə yarayan jurnalistin iynəli sözlərini görməzdən gəlməliyik? (Savadlı jurnalistlərin filoloqlarla problemi olduğunu hələ görməmişəm). Xoşbəxtlikdən filoloqlar magistr təhsilini jurnalistika üzrə ala bilir. Amma sadəcə budur keçid balını maksimala qaldırdığınız fakültə məzunlarına güzəştiniz? Axı biz niyə güzəştə möhtac qalmalıyıq? Mən universitetdə Türkologiya, Dünya Ədəbiyyatı, Ümumi Dilçilik kafedralarından dərs almışam, bunlar isə hər yerdə tədris olunur, belə olan halda niyə bizim ixtisasımız o proqrama salınmır? Əgər dövlətə lazımlı deyiliksə, niyə belə ixtisas var? Azərbaycanda ədəbiyyat və dilçiliklə bağlı tədrisin vəziyyət bu qədər yaxşıdırmı ki, dünya təcrübəsindən faydalanmağa ehtiyac qalmır? Əgər söhbət Dövlət Proqramındən gedirsə, onda proqram istiqamətlərin bir neçə ixtisasını yox, həm də birləşdirilmiş digər ixtisasları əhatə etməlidir",-deyə Sayad Həsənli etirazını bildirib. 

Əsmətxanım

"Əgər dövlətə lazımlı deyiliksə, niyə belə ixtisas var?" - Etiraz