“Zəngəzur dəhlizi ləngiyir, Kreml İrəvanla eyni mövqedən çıxış edərək...” - Elxan Şahinoğlu

“Zəngəzur dəhlizi ləngiyir, Kreml İrəvanla eyni mövqedən çıxış edərək...” - Elxan Şahinoğlu

“Zəngəzur dəhlizi ləngiyir, Kreml İrəvanla eyni mövqedən çıxış edərək...” - Elxan Şahinoğlu

Azərbaycan prezidenti İlham Əliyev Brüsseldə NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşündən sonra keçirilən mətbuat konfransında Zəngəzur dəhlizi ilə Laçın dəhlizi arasında bu şəkildə paralel aparıb: “Laçın dəhlizində heç bir post yoxdur. Təbii ki, Zəngəzur dəhlizində də heç bir gömrük postları olmamalıdır. Əgər Ermənistan karqolara, insanlara nəzarət etmək istəsə, biz də Laçın dəhlizində gömrük postu açacağıq. Biz hər iki varianta açığıq. Ya hər iki tərəfdən olmalıdır, ya da olmamalıdır”.

Polemika.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu Prezident İlham Əliyevin Brüsseldəki çıxışına şərh bildirirərkən deyib.

Politoloq bir il ərzində Laçın dəhlizinin nəzarətə götürülməsinin vacibliyindən yazdığını qeyd edib:

"Bir il ərzində yorulmadan Laçın dəhlizinin nəzarətə götürülməsi vacibliyini yazdım, müxtəlif televiziya kanallarında bu fikri səsləndirdim. Onu da söylədim ki, əgər Ermənistan Qərbi Zəngəzurda bizə maneəsiz keçid yaratmayacaqsa, biz də Laçında ermənilərin maneəsiz keçidinin qarşısını almalı, sərhədi mütləq şəkildə nəzarətə götürməliyik. Zəngəzur dəhlizi ləngiyir, Kreml İrəvanla eyni mövqedən çıxış edərək, “Ermənistanın Qərbi Zəngəzurdan keçəcək nəqliyyat vasitələrinə nəzarət etmək hüququ var” prinsipindən geri çəkilmir".

"Bizə sadəcə, kommunikasiya xəttindən istifadə hüququ vermək istəyirlər. Bu sərhəddə yoxlama deməkdir. Mən əvvəldən bunu faciə kimi qiymətləndirmir, onların bu tələbinin bizə Laçın dəhlizini nəzarətə götürmək hüququ verdiyini söyləyirdim. Gecikmək olmaz", - deyə Elxan Şahinoğlu bildirib.

“Zəngəzur dəhlizi ləngiyir, Kreml İrəvanla eyni mövqedən çıxış edərək...” - Elxan Şahinoğlu