Yevgeni Mixaylov: “ATƏT-in Minsk qrupu çoxdan öz aktuallığını itirib”

Yevgeni Mixaylov: “ATƏT-in Minsk qrupu çoxdan öz aktuallığını itirib”

Yevgeni Mixaylov: “ATƏT-in Minsk qrupu çoxdan öz aktuallığını itirib”

Bir çox beynəlxalq ekspertlərin fikrincə, ATƏT-in Minsk qrupu çoxdan öz aktuallığını itirib və onun fəaliyyətini canlandırmaq cəhdləri perspektivsiz olaraq qalır.

Polemika.az xəbər verir ki, bunun “Report”a millətlərarası münaqişələr üzrə ekspert, Rusiya Jurnalistlər Birliyinin üzvü Yevgeni Mixaylov deyib.

“Fransanın son görüşdə məhz Aİ lideri kimi iştirak etməsi və ATƏT-in Minsk Qrupunun adının çəkilməməsi, Qarabağ və ərazilərin statusu ilə bağlı hər hansı spekulyasiyaya toxunulmaması çox şeydən xəbər verir və çox birmənalı mesajdır. 2020-21-ci illərdə baş verənlərlə 2022-ci ilin əvvəlində baş verənlər arasında müəyyən dönüş yaranıb.

Aİ yaxşı bilir ki, münaqişəli Bakı və Yerevanın münasibətlərinin yeni erası başlayıb və bu dövrdə yalnız konstruktiv dialoqa yer var və istənilən spekulyasiya yolverilməzdir”, - deyə o əlavə edib. Ekspert bütün bunların Azərbaycanın işğal olunmuş ərazilərini qələbə ilə geri qaytarmasının nəticəsi olduğunu vurğulayıb.

O, həmçinin xatırladıb ki, Bakı əvvəllər dəfələrlə Azərbaycan və Ermənistanın iqtisadiyyatına maliyyə dəstəyinin göstərilməsi ilə bağlı ikili standartlar siyasətini qeyd edib və bu, öz təsirini göstərib.

"İndi real dialoqun başlanması vacibdir. Təkcə qarşılıqlı iddialar nümayiş etdirmək yox, Ermənistan və Azərbaycan arasında münasibətlərin tezliklə bərpasına töhfə verəcək məhz həmin qərarların konstruktiv müzakirəsi. Və bu, artıq baş verir. Bundan başqa. Ermənistan ərazisindən Naxçıvana dəmir yolunun çəkilməsi, Türkiyəyə aviareyslərin açılması, Rusiyanın da vasitəçi olduğu daha bir çox layihələr nəzərdə tutulub”, - deyə o əlavə edib.

O, həmçinin vurğulayıb ki, YUNESKO-nun missiyasının göndərilməsi keyfiyyətcə irəliləyişdir, çünki həm Azərbaycanda, həm də Ermənistanda qorunmalı və bərpa edilməli olan bir çox mədəni dəyərlər var. Ölkələr arasında o cümlədən mədəni dialoqu da bərpa etmək lazımdır.

“Bu, xüsusilə vacibdir, çünki demək olar ki, bütün tarix və mədəniyyət abidələrinin dağıdıldığı ərazilər azad edildikdən sonra Bakı Yerevana qarşı çoxlu iddialar toplayıb”. 

Yevgeni Mixaylov: “ATƏT-in Minsk qrupu çoxdan öz aktuallığını itirib”