Yeni ildə sərt karantin olacaq? - Deputatdan açıqlama

Yeni ildə sərt karantin olacaq?

Yeni ildə sərt karantin olacaq? - Deputatdan açıqlama

Qarşıdan Yeni il gəlir. Pandemiyanın tüğyan etdiyi dövrdə, 2 il sonra nəhayət ki, Yeni illə bağlı bayram yarmarkalarının təşkilinə icazə verilib. Eyni zamanda, Bakıda və digər iri şəhərlərdə müxtəlif kütləvi tədbirlər, konsertlərin keçirilməsi də gözlənilir.

Bu icazələr bəzi mütəxəssislər arasında narahıtlıqlar doğurub. Kütlə arasında da əksəriyyət düşünür ki, yenidən yoluxma artacaq və sərt karantinə qayıdış olacaq.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Məlahət İbrahimqızı mövzu ilə bağlı Polemika.az-a açıqlamasında virusla bağlı durumun nəzarətdə olduğunu qeyd edib:

“Bayram günləri karantinin sərtləşdiriləcəyi ilə bağlı hələ ki bir söz demək olmaz. Koronavirusun gündəlik, həftəlik dinamikası statistikalara əsasən dəyərləndirilir və müvafiq qərarlar verilir.

Azərbaycanda koronavirusla bağlı vəziyyət Avropa ölkələrindəki qorxulu durumla müqayisə oluna bilməz. Həyatımız demək olar ki,virusdan əvvəlki axarına geri dönür.

Yeni illə bağlı tədbilər müəyyən sayı keçməmək və vaksin pasportu tələb olunması şərtilə keçirilə bilər. Bu cür məsələlərlə bağlı məsuliyyət daşıyan qurumlar bayram şənliklərini nəzarətdə saxlaya bilirlər. Dekabrın sonunda durum bugünkü kimi olsa, hesab edirəm ki, heç bir məhdudiyyətə ehtiyac olmayacaq”.

Mehri QURBAN

 

Yeni ildə sərt karantin olacaq? - Deputatdan açıqlama