Yaponiya hökuməti Rusiya oliqarxlarının bank hesablarını dondurdu

Yaponiya hökuməti Rusiya oliqarxlarının bank hesablarını dondurdu

Yaponiya hökuməti Rusiya oliqarxlarının bank hesablarını dondurdu

Yaponiya hökuməti Rusiya oliqarxlarının ölkə banklarındakı hesablarının dondurulması ilə bağlı qərar qəbul edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Yaponiyanın Baş naziri Fumio Kisida martın 3-də bildirib.

“Bu gün biz rusiyalı “dzaybasu” (“pul klanı”- TASS) oliqarxlarının bank hesablarının dondurulması barədə qərar qəbul etmişik”, - Baş nazir söyləyib.

O əlavə edib ki, Yaponiya, Avropa İttifaqı və ABŞ-ın maliyyə sanksiyaları, o cümlədən Rusiya banklarının beynəlxalq banklararası ödəmə sistemi SWIFT-dən çıxarılması vacib addımdır: “Bu, Rusiyanın beynəlxalq ödəmə sistemi və dünya iqtisadiyyatından təcrid olunmasıdır”.

Qeyd edək ki, martın 1-dən Yaponiya Rusiyanın 49 şirkət və təşkilatına, o cümlədən “Rosoboroneksport”, “Rostex”, Federal Təhlükəsizlik Xidməti, “İrkut”, “Proqress”ə qarşı sanksiya tətbiq edib.

Yaponiya hökuməti Rusiya oliqarxlarının bank hesablarını dondurdu