YAP-ın yeni təşkilatı yaradıldı

YAP-ın yeni təşkilatı yaradıldı

YAP-ın yeni təşkilatı yaradıldı

YAP Xətai rayon təşkilatının Rahib Məmmədov küçəsi 25 ünvanında yeni ərazi partiya təşkilatı yaradılıb. 

Ərazi partiya təşkilatının fəalı Mürsəl Əliyev müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli yoldan, cəmiyyətdə artan nüfuzundan, milyonların partiyasına çevrilməsini şərtləndirən amillərdən bəhs edib.

Ərazi partiya təşkilatının digər fəalı Əflatun Məmmədov bildirib ki, partiyanın hər bir üzvü Azərbycanın dünəninin, bu gününün və gələcəyinin əsası kimi dəyərləndirilən Heydər Əliyev ideyalarının təbliğatçılarıdır.

Tədbirdə çıxış edən YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə partiyanın keçdiyi şərəfli yoldan geniş bəhs edərək bildirib ki, YAP nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi təşkilatıdır: “Partiyamıza bu nüfuzu qazandıran yarandığı gündən tutduğu yola sadiqliyi, sözlə əməlin birliyidir. Ulu öndər Heydər Əliyevin ideyalarının təbliğində fəal iştirak edən Yeni Azərbaycan Partiyası cəmiyyətin bütün təbəqələrini əhatə edən insanları öz sıralarında birləşdirməklə birliyin, həmrəyliyin nümunəsini ortaya qoyur. Yarandığı gündən ümumxalq partiyası kimi nüfuz qazanan Yeni Azərbaycan Partiyası bu gün sıralarında 800 minə yaxın üzvü birləşdirməklə cəmiyyətin avanqard qüvvəsi olduğunu bir daha təsdiqləyir”. 

Sonra təşkilati məsələyə baxılıb. Mürsəl Əliyev yeni yaradılan ərazi partiya təşkilatının sədri, Əflatun Məmmədov isə sədr müavini seçiliblər.

Qeyd edək ki, yeni yaradılan ərazi partiya təşkilatının 37 nəfər üzvü var, 203 nəfər isə üzvlük üçün müracət edib.

 

YAP-ın yeni təşkilatı yaradıldı