Xəzərin səviyyəsi 1,19 m enib

Xəzərin səviyyəsi 1,19 m enib

Xəzərin səviyyəsi 1,19 m enib

Xəzər dənizinin səviyyəsi 2005-ci ildən enir.

Polemika.az-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva mətbuat konfransında deyib.

Xidmət rəisi bildirib ki, dənizin səviyyəsi 2005-ci illə müqayisədə 119 sm enib: "Ən çox düşmə bu il qeydə alınıb. Bu il Xəzərdə suyun səviyyəsi 30 sm enib".

O qeyd edib ki, bu il ərzində Əlif Hacıyev gəmisi ilə 4 dəfə təşkil olunan ekspedisiya zamanı elmi-tədqiqat və monitorinq işləri həyata keçirilib, maraqlı nəticələr əldə olunub: “İqlimin istiləşməsi Xəzərdə dəniz suyunun temperaturunun orta hesabla 1,2 dərəcə artmasına səbəb olub. Təbii ki, səviyyənin aşağı düşməsi fonunda bu amillərlə dəniz ekosistemi, biomüxtəlifliyi üçün əlavə risklər yaranır”.

U.Tağıyeva 2021-ci ilin yekununda səviyyənin daha da aşağı enəcəyinin gözlənildiyini bildirib: “Xəzər dənizinin səviyyəsinin gələcəkdə iqlim dəyişmələrinin təsiri nəticəsində daha da düşməsi probleminin müzakirəsi üçün Xəzəryanı ölkələrin və bu sahədə təcrübəsi olan beynəlxalq ekspertlərin iştirakı ilə 2022-ci ilin mart ayında seminarın keçirilməsi planlaşdırılır. Hövzə üzrə razılaşdırılmış səviyyə ssenarilərini və həyata keçiriləcək uyğunlaşma tədbirlərini birgə hazırlamaq üçün regional ekspert qrupunun yaradılması nəzərdə tutulur”. 

Xəzərin səviyyəsi 1,19 m enib