Xankəndidə nə baş verir? - "Bu, xüsusi bir plandır"

Xankəndidə nə baş verir? - "Bu, xüsusi bir plandır"

Xankəndidə nə baş verir? - "Bu, xüsusi bir plandır"

“Atəşkəsin pozulması, Nikol Paşinyanın Araik Arutyunyanı aradan qaldırmaq üçün həyata keçirdiyi bir plandır”.

Bu sözləri Polemika.az-a açıqlamasında siyasi şərhçi Xəyal Bəşirov deyib.

O, son günlər Qarabağda atəşkəsin pozulması, habelə Xankəndində baş verən sosial-iqtisadi prosesləri şərh edərkən deyib:

“Bu, bir daha sübut edir ki, Ermənistanın özü belə keçmiş Dağlıq Qarabağ ərazisində mövcud olan qondarma rejimə ciddi dəstək göstərə bilmir. Çünki Ermənistan dövlətinin özünün ciddi iqtisadi problemləri var. Rusiyanın da başı Ukrayna məsələsinə qarışıb, Moskvanın maliyyə dəstəyi yoxdur.

Bu gün Xankəndidə sosial-iqtisadi problemlərin övcudluğu, kommunal xidmətlərin göstərilməməsi bir daha sübut edir ki, qondarma rejim demək olar ki, çöküb. Sadəcə görüntü yaratmağa çalışır ki, münaqişə hələ də mövcuddur, bunu görə də, xarici dəstək axtarırlar”.

X. Bəşirov əlavə edib:

“Araik Arutyunyanla bağlı məsələyə gəlincə, bir müddət öncə Baş Prokurorluq məlumat yaydı ki, onun cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı işlər gedir, yaxın zamanda bu məsələ həllini tapacaq. 

Ermənistandakı “Qarabağ klanı”nın ölkədəki ictimai-siyasi nüfuzu sıfıra bərabərdir. Paşinyanın apardığı ciddi təmizləmələrdən sonra vəziyyət indi fərqlidir. Paşinyanın Ermənistan daxilində artıq ciddi rəqibi yoxdur. Onun Azərbaycanla sülh sazişi imzalanması prosesinə maneçilik törədəcək demək olar ki, heç kim yoxdur”.

“Atəşkəsin pozulması, sülhməramlıların müvvəqəti yerləşdiyi ərazilərdə təxribatların baş tutması, bəlkə də, Nikol Paşinyanın Araik Arutyunyanı aradan qaldırmaq üçün həyata keçirdiyi xüsusi bir plandır. Ola bilər ki, Moskva və rəsmi Bakı bu məsələdə konkret və sərt mövqelər ortaya qoysun. Yəni Paşinyan atəşkəs rejiminin pozulması məsələsini gündəmə gətirməklə, əslində, Araikin sonunu gətirməyə çalışır. Yəni qabartmaq istəyir ki,  Azərbaycanla sülh sazişini imzalamaq istəyirik, amma qondarma rejim buna imkan vermir”, - deyə siyasi şərhçi yekunlaşdırıb.

Rafi MÜSLÜMOV

Xankəndidə nə baş verir? - "Bu, xüsusi bir plandır"