“Vaksinli xəstələnmələrə çox rast gəlməyə başlamışıq” - Nicat Əzimli

“Vaksinli xəstələnmələrə çox rast gəlməyə başlamışıq” - Nicat Əzimli

“Vaksinli xəstələnmələrə çox rast gəlməyə başlamışıq” - Nicat Əzimli

Azərbaycanda digər ölkələrə nəzərən epidemik vəziyyət daha qənaətbəxş olsa da, hazırda koronavirusa yoluxma sayı 2000-i ötür və azalma dinamikasına bir müddətdir ki, keçə bilmirik.

Polemika.az xəbər verir ki, bunu həkim-infeksionist Nicat Əzimli deyib.

Onun sözlərinə görə, bu, epidemiyaya qarşı mübarizəni artırmağı, xüsusilə buster dozalara əhəmiyyət verilməsini zəruri edir:

"Azərbaycanda ən geniş istifadə olunan vaksin "Coronavac"dır, bu vaksinin də effektinin digərlərinə nisbətən daha qısamüddətli olduğu artıq elmə məlumdur. Bununla birlikdə 2 doza vaksin almış böyük bir əhali qrupu artıq 6 ayı geridə qoyub və orqanizmlərindəki spesifik immunitet zəifləyib və ya itib. Bu səbəbdəndir ki, vaksinli xəstələnmələrə çox rast gəlməyə başlamışıq. Buradan belə nəticəyə gəlmək olar ki, vaksinasiyanın növbəti mərhələsində mRNT vaksinlərinə üstünlük verilməsinə, xüsusilə, vaxtı çatmış buster dozaların tətbiqinə üstünlük verilməlidir. Uşaqlar və digər vaksinasiyadan kənarda qalmış şəxslər üçün isə ənənəvi olaraq ara məsafəsi, qapalı məkanlarda maskadan istifadə və gigiyenik qaydalara riayət etmək ən effektiv mübarizə üsuludur"./Trend

“Vaksinli xəstələnmələrə çox rast gəlməyə başlamışıq” - Nicat Əzimli