Universitet müəllimləri tələbələri pula görə kəsirlər? - Rəsmi şəxslər danışdı

Universitet müəllimləri tələbələri pula görə kəsirlər?

Universitet müəllimləri tələbələri pula görə kəsirlər? - Rəsmi şəxslər danışdı

Artıq sabahdan ali məktəblərdə yeni semestr başlayır. Məlum olduğu kimi, tələbə semestr imtahanından kəsiləndə akademik borcunu ödəmək üçün bir fənnə görə 25 faiz həcmində vəsait ödəməli olur. Son günlər sosial şəbəkələrdə ali məktəb müəllimlərinin tələbələri qəsdən kəsdiyinə dair müzakirələ gedir. İddia olunur ki, akademik borc ödənərkən yığılan vəsaitdən müəllimlərə də faiz çatır. 

Bu iddialar nə dərəcədə doğrudur? Müəllimlər pula görə tələbələri imtahandan kəsirlrə?

Polemika.az-ın əməkdaşı bir neçə universitetin mətbuat katibi ilə əlaqə saxlayıb.

UNEC-in mətbuat katibi Elnarə Məmmədova tələbənin akademik borcuna görə, ödədiyi məbləğin universitetlərin büdcəsinə daxil olduğunu deyib:

“Universitetin əldə etdiyi istənilən gəlir xərclərə sərf olunur. Universitet müəllimlərə öz büdcəsi ilə məvacib verir. O pul büdcəyə yığılır və universitet üçün istifadə olunur. İstər müəllimlərin əmək haqqı, istərs universitetin təmiri, istərsə də digər xərclər büdcədəki vəsaitin hesabına qarşılanır. Deyə bilmərik ki, akademik borcdan əldə olanan gəlir əmək haqqı kimi müəllimlərə verilir”.

AZMİU-nin mətbuat katibi Nəcibə Mirzəyeva isə 25 faiz ödəniş mexanizminin tələbələr üçün əlavə şans olduğunu söyləyib:

“Bizdə Boloniya sistemidir. Kredit proqramı var. Ona uyğun həyata keçirilir. Tələbə kredit sayına görə, 25 faizin məbləğini ödəyir. Təbii ki, pul universitetin ümumi büdcəsinə daxil olur. Dövlət universiteti olsa da, biz özümüzü maliyyələşdiririk. Təhsil haqqı, kreditlər də büdcəyə daxil olur. Bu vəsaitlə kommunal xərclər ödənilir, digər ehtiyaclar qarşılanır. Bu doğru deyil ki, tələbənin akademik borca görə ödədiyi bütün vəsait müəllimin cibinə daxil olur”.

AZTU-nin mətbuat katibi Sevinc İsgəndərova qeyd edib ki, akademik borc üçün yığılan vəsaitdən müəllimlərə heç nə çatmır:

“Bu, doğru iddia deyil. Tələbə öz akademik borcunu ödəyir. Bunda müəllimin maddi marağı yoxdur”.

ADPU-nun mətbuat katibi Cavid Hüseynovun sözlərinə görə, tələbənin kəsrinin çox olması müəllimin məvacibinə heç bir təsiri yoxdur:

“Ödənilən məbləğ universitetin büdcəsinə daxil olur. Tələbə imtahandan kəsiləndə 2 gün ərzində müraciət edərək, ödəniş edir. Daha sonra yenidən imtahanda iştirak edir. Bu bütün universitetlərə şamil olunub”.

Nəzrin Vahid 

Universitet müəllimləri tələbələri pula görə kəsirlər? - Rəsmi şəxslər danışdı