Üç boksçumuz yarımfinal döyüşünə çıxır - Abdullayev erməni rəqiblə üz-üzə

Üç boksçumuz yarımfinal döyüşünə çıxır - Abdullayev erməni rəqiblə üz-üzə

Üç boksçumuz yarımfinal döyüşünə çıxır - Abdullayev erməni rəqiblə üz-üzə

Belqradda kişi boksçuların dünya çempionatında bu gün yarımfinal döyüşləri keçiriləcək. 

Polemika.az xəbər verir ki, bu mərhələyə yüksəlməklə artıq bürünc medalı təmin edən Azərbaycan millisinin 3 üzvü də finala vəsiqə uğrunda mübarizə aparacaq.

Sərxan Əliyev (71 kq)  Yuri Zaxariyev (Ukrayna), Alfonso Dominges (86 kq) Ruis Kordoba (Kuba), Məhəmməd Abdullayev (+92) isə Davit Çaloyanla (Ermənistan) üz-üzə gələcək.

Qeyd edək ki, dünya çempionatına noyabrın 6-da yekun vurulacaq.

2 milyon 600 min ABŞ dolları mükafatı fondu olan mundialda çempion 100 min ABŞ dolları qazanacaq.

İkinci yerin sahibi 50 min dollar, üçüncü pilləni tutacaq boksçu 25 min dollar mükafat alacaq. /Qol.az

  

Üç boksçumuz yarımfinal döyüşünə çıxır - Abdullayev erməni rəqiblə üz-üzə