“"Tərtər işi" ilə bağlı ordumuzu rüsvay edən saxta sənədlər yox edilməlidir...” 

“"Tərtər işi" ilə bağlı ordumuzu rüsvay edən saxta sənədlər yox edilməlidir...” 

“"Tərtər işi" ilə bağlı ordumuzu rüsvay edən saxta sənədlər yox edilməlidir...” 

“Ömrümüz boyu müxtəlif ölkələrdəki savaşlar haqda çox oxumuşuq, II Dünya müharibəsindəki alman faşistlərinin konslagerlərdəki əsirlərə qarşı, eləcə də erməni terrorçularının XX əsrin əvvəlində və 1-ci Qarabağ savaşında soydaşlarımıza qarşı etdikləri vəhşiliklərdən, işgəncələrdən danışılanları eşitmişik, şahidləri dinləmişik, nümayiş etdirilən səhnələri görmüşük. Fəqət, zərərçəkənlərin saytlarda, kanallarda danışdıqlarından belə çıxır ki, 2017-ci il Tərtər hadisələri zamanı günahsız  Azərbaycan hərbçilərinə qarşı edilmiş bu amansızlıqların misli-bərabəri olmayıb. Və belə qənaətə gəlirsən ki, bunu edən canilər nəinki azərbaycanlıdırlar, ümumiyyətlə, onların insanlığa aidiyyatı yoxdur, onlar heyvanat dərəcəsinə düşmüş bir ikiayaqlı məxluqdurlar”.

“Polemika.az” xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında Müdafiə nazirinin sabiq müavini, istefada olan polkovnik Mehman Səlimov söyləyib.

“Odur ki, bir daha deyirəm, Tərtər işgəncələrinin günahkarlarının hamısı qanunla ən şiddətli cəzaya məhkum edilməlidir. Və ən başda bu işgəncələri təşkil edənlər, həmin qondarma istintaqa rəhbərlik edən, işgəncələrə göz yuman  hərbçi komandirlər və hüquq-mühafizə orqanlarının rəhbər əməkdaşları, generallar, polkovniklər və s. cəzalandırılmaldır" - açıqlamasının ardında bunları deyən  polkovnik xalqımızın, dövlətimizin, ordumuzun bu günü və gələcəyi üçün  çox vacib hesab etdiyi ciddi bir məqama da toxunub.

"Və onu  da bilirəm ki,  Azərbaycan xalqını, Azərbaycanı, ordusunu sevən hər bir vətəndaşı daha çox narahat edən illərdir, aylardır mediada bilavasitə zərərçəkənlərin dilindən səsləndirilən bir başaldıcı məqamdır. Bu da guya Azərbaycan hərbçilərinin kütləvi şəkildə ya pul ehtiyacı, yaxud hansısa şantaj səbəbindən cəbhə xəttini keçərək özlərini erməni hərbçilərinin cinsi istismarına vermələri haqdakı uydurmaların zorla işgəncə görənlərin boynuna qoyularaq istintaq materiallarına daxil edilməsidir.  Əvvəla, belə üzdəniraq hadisələr gerçəkdən olsaydı, ermənilər onların videolarını çoxdan nəinki özlərinin, beynəlxalq kanallarla bütün dünyaya yayaraq Azərbaycan ordusunu rüsvay etmişdilər. Halbuki, belə murdar xislət, üzr istəyirəm, homoseksuallığa meyillilik tarixən ermənilərin öz kişilərində güclü olub. Hələ 1980-ci illərin sonunda mən Gümrüdə alay komandirinin müavini kimi xidmət edərkən tabeliyimdəki yüzlərlə azərbaycanlı hərbçi arasında belə iyrənc faktlara rast gəlməmişdim.  Amma erməni hərbçilər arasında bu cür faktları kifayət qədər qeydə almışdıq... 

İkincisi də bu saxta materialları təşkil edənlər də çox güman ki, Ermənistan və digər xarici kəşfiyyatla əməkdaşlıq edənlər olub və onların  məqsədi Azərbaycan hərbçilərini, ümumiyyətlə, ordumuzu, dövlətimizi xalqımızı mənəvi cəhətdən sındırmaq, sarsıtmaq olub. Şükürlər olsun ki, Ali Baş Komandanın rəhbərliyi ilə apardığımız 44 günlük savaş düşmənlərin bütün belə səylərinin puça çıxdığını sübut etdi...

Azərbaycan ordusunun qurucularından, 1-ci Qarabağ savaşının fəal iştirakçılarından biri olaraq "Tərtər işi" ilə bağlı yeni yaradılmış  istintaq qrupu rəhbərliyindən xahişim budur ki, əgər doğrudan da keçmiş istintaq materiallarında guya Azərbaycan əsgərinin, zabitinin özünü ermənilərin cinsi istismarına verməsi haqda, hərbçilərimizi, bütövlükdə ordumuzu, silahlı qüvvələrimizi rüsvay edən belə saxta sənədlər, ifadələr, cümlələr olubsa, onlar dərhal çıxarılsın, yox edilsin. Çünki istintaq materialları tarixdə qalır. 5 ildən 10 ildən, 50-100 ildən sonra hansısa erməni və ya qeyrisi arxivlərdən  həmin materialları əldə edərək Azərbaycan xalqını, ordusunun aşağılayacaq.  Yeni aparılan istintaqda məhz bu cür incəlikləri dərindən tədqiq etmək üçün cənab Ali Baş Komandandan, Prezidentdən də xahişimiz budur ki, istintaq prosesinə ictimai nəzarətin təmin edilməsi üçün öz məsləhəti ilə hansısa bir ciddi qurum yaradılsın”- deyə sabiq nazir müavini vurğulayıb.

“"Tərtər işi" ilə bağlı ordumuzu rüsvay edən saxta sənədlər yox edilməlidir...”